Futzal üzrə Yüksək Liqada final oyununun vaxtı açıqlanıb

Futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, hər iki görüş mayın 7-də Bakı İdman Sarayında gerçəkləşəcək.

Əvvəlcə meydana bürünc medalın sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları çıxacaq. Bu qarşılaşma saat 12:00-da start götürəcək.

Həmin gün saat 15:00-da isə final oyunu baş tutacaq. “Araz-Naxçıvan” və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək. Bu görüşdən sonra mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR