"Azovstal"dakı hərbçilərlə əlaqə kəsildi:

Mariupoldakı "Azovstal" zavodunda olan ukraynalı hərbçilərlə əlaqə kəsilib.

Metbuat.az xəbər verir ki, Mariupol bələdiyyəsin rəhbəri Vadim Boiçenko belə açıqlama verib. O bildirib ki, iki gün əvvəl zavod ətrafında şiddətli toqquşmalar baş verib. Bir müddət sonra isə hərbçilərlə əlaqə kəsilib. Zavoda azı 50 hava hücumu təşkil edildiyi bildirilir. Rusiya tərəfi isə iddiaları rədd edərək, zavoda hücum təşkil edilmədiyini ifadə edib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Mariupol nəzarətə götürüləndən sonra zavoda hücum etməmək barədə əmri Prezidenti Vladimir Putin şəxsən verib. Peskovun sözlərinə görə, ukraynalı hərbçilərin atəş açmaq üçün mövqe almaması üçün rus qüvvələr bəzi fəaliyyətlər həyata keçirib və bundan başqa heç bir müdaxilə olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR