"Qarabağ" Azərbaycan Kubokunun finalında nominal meydan sahibi olacaq

Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL), “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.

PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Qarabağ” menecer Şaiq Həsənov, “Zirə” isə baş menecer Elman Himayətoğlu ilə təmsil olunub.

Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 27-də Qəbələ şəhər stadionunda baş tutacaq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR