​12 rus generalı necə öldürülüb? -

Ukraynada rus generallarının öldürülməsinin arxasında ABŞ kəşfiyyatı dayanır.

Metbuat.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti adını açıqlamayan ABŞ hökumətindəki yüksək rütbəli mənbəyə istinadən məlumat verib. Bildirilir ki, ABŞ kəşfiyyatı rus generallarının yeri barədə dəqiq məlumatları Ukrayna tərəfinə ötürüb. Bu məqsədlə hətta mülki peyklərdən də istifadə edilib. Məlumata görə, Rusiya ordusu mobil qərargahların yerini tez-tez dəyişsə də, ABŞ kəşfiyyatı məlumatları vaxtında Ukraynaya ötürüb.

Qeyd edək ki, Ukraynada 12 rus generalının öldürüldüyü bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR