Region Liqasının finalı Şamaxıda olacaq

AFFA-nın təşkil etdiyi Region Liqasının yarımfinal və final oyunlarının keçiriləcəyi şəhərlər müəyyənləşib.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Cəbrayıl” və “Qusar” komandaları arasında ilk yarımfinal oyunu mayın 14-də Bakıda olacaq. "ASK Arena"dakı matç saat 16:00-da başlayacaq.

“Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları arasındakı ikinci yarımfinal qarşılaşması bir gün sonra eyni vaxtda, eyni məkanda baş tutacaq.

Region Liqasının final qarşılaşması isə mayın 20-də Şamaxı şəhər stadionunda gerçəkləşəcək. Əvvəlcə saat 13:00-da 3-cü yer uğrunda oyun, 16:00-da isə həlledici matç baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR