"Qarabağ"ın rəqibi mübarizəni dayandırıb

Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, bununla finala vəsiqə qazanan komandalar bəlli olub.

"Roma" İtaliyada İngiltərə "Lester"ini 1:0 hesablı qələbə ilə məğlub edib. Lesterdəki ilk qarşılaşmada heç-heçə qeydə alındığından, "canavarlar" iki oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.

Digər cavab oyununda isə Niderland "Feyenoord"u Fransada "Marsel"lə üz-üzə gəlib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Rotterdam təmsilçisi səfərdə qolsuz heç-heçəyə nail olaraq, finala yüksəlib.

Qeyd edək ki, "Marsel" turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR