Quldurluq edən şəxslər saxlanılıb

Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.

Aparılan araşdırmalar nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Yaşar Hüseynov cari ilin mart ayında vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq əllərindəki odlu silah ilə sakinləri hədələrək pul tələb ediblər.

Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilən zaman Yaşar Hüseynovdan 1 ədəd “Churchill” markalı ov tüfəngi, həmin tüfəngə aid patronlar da aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR