Əmək pensiyaçılarının sayı açıqlandı

Əmək pensiyaçılarının sayı açıqlandı
10:59 19 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əmək pensiyaçılarının sayı ötən  ilin əvvəlində 1277,1 min nəfər olub. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildirilib ki, yanvar-dekabr aylarında əmək pensiyaçılarının sayı 13 min nəfər və ya 1 faiz artaraq (o cümlədən yaşa görə 8 min nəfər azalıb, ailə başçısını itirməyə görə 4,3 min nəfər, əlilliyə görə 16,7 min nəfər artıb) yanvarın 1-nə olan məlumata əsasən, 1 290,1 min nəfər təşkil edib.

 

Əmək pensiyalarının orta aylıq məbləği 173,4 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 192,3 manat təşkil edib.
Əmək pensiyas “Əmək pensiyaları haqqında” qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR