Məhv edilən narkotik vasitələrin çəkisi açıqlanıb

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram narkotik vasitə məhv edilib

Bu barədə Metbuat.az Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib. Belə ki, ümumilikdə 1430 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilən 973 kq 007 qr heroin, 1 ton 112 kq 241 qr marixuana, 287 kq 357 qr tiryək, 30 kq 274 qr həşiş, 446 qr kokain, 64,753 qr və 35647 ədəd həb metadon, 215 kq 254 qr və 6966 ədəd həb və 38 kapsul psixotrop maddə, 238,724 qr, 4182 kapsul, 189 konvalyut, 49914 həb, narkotik vasitələr, psixotrop maddələr, o cümlədən 28697 ədəd çətənə bitkisinin aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Qeyd edək ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə mayın 5-də Binəqədi rayonunun Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunan 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR