Avtomobildən 10 kq heroin götürülüb

Masallı sakininin avtomobilində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyiin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Lənkəran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş A.Talıbovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 10 kiloqram 20 qram heroin aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR