“Azovstal” zavodundan təxliyələr başladı

Rusiya ordusunun ələ keçirdiyi Mariupol şəhərindəki “Azovstal” zavodundan təqribən 500 mülki şəxs təxliyə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, hazırda təxliyənin ikinci mərhələsi üçün işlər davam edir.

Qeyd edək ki, Rusiya ordusu “Azovstal” zavodundakı mülki insanların təxliyəsi üçün 3 günlük humanitar dəhliz yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR