Rusların təhdidinə ŞOK CAVAB:

Rusiya dövlət televiziyasının “Sarmat ballistik raketləri ilə İngiltərəni xəritədən silərik” təhdidinə ingilis mediası “Lazer silahlarımızla Putinin raketlərini məhv edərik” formasında cavab verib.

Metbuat.az xəbər verir ki, Britaniya mediası lazer silahlarından gəmilərə yerləşdirilərək düşmənin hərbi vasitələrini yox etmək üçün istifadə edilə biləcəyini yazıb. Qeyd edək ki, Rusiyanın dövlət televiziyasına açıqlama verən Rusiya Federal Kosmik agentliyinin rəhbəri Dmitri Roqozin Sarmat raketləri ilə təhdidlər səsləndirmişdi.

Sujetdə raketin İngiltərənin ərazisi qədər ərazini məhv edə biləcək təsirə sahib olduğu irəli sürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR