"Heyvanlarla rəhmsiz davranışa görə cəzalar sərtləşdirilməlidir"

"Heyvanlarla rəhmsiz davranışa görə cəzalar sərtləşdirilməlidir".

Metbuat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və İnsan resursları şöbəsinin müdiri Aynurə Kərimova "Ekspert saatı"nda deyib.

Nazirlik rəsmisi bildirib ki, bununla əlaqədar qanunvericiliyə dəyişikliklər hazırlanır:

"Yeni qanunların hazırlanmasına başlamışıq. Statistikaya nəzər saldıqda görərik ki, heyvanlarla rəhmsiz rəftar hallarına qarşı kifayət qədər boşluqlar var. Xarici ölkələrdə heyvanlara ziyan verməyə görə ciddi cərimə, sanksiya və azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub. Türkiyə qanunvericiliyinə görə, heyvanların döyüşdürülməsi ilə əlaqədar iki ilə yaxın həbs nəzərdə tutulub. Azərbaycan İnzibati Xətalar Məcəlləsində heyvanlarla rəhmsiz davranışa görə cərimələr 500 manata qədər müəyyənləşdirilib. Bu, kifayət qədər azdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR