"Qarabağ məsələsi olmasa, ermənilik ideologiyası məhv olar" -

"Əgər Qarabağ məsələsi ermənilik ideologiyasından çıxarılsa, bu ideologiya məhv olar. Azərbaycan tərəfinin 5 maddəlik əsas prinsipləri erməniləri bu saxta ermənilik düşüncəsindən də xilas edir və gerçəkliyə qaytarır".

Bu fikirləri Metbuat.az-a politoloq Sədrəddin Soltan deyib. Siyasi şərhçinin qənaətincə, Ermənistan sülh məsələsində heç də istədiyimiz səviyyədə səmimi və xoşməramlı deyi:

"Ümumiyyətlə, ölkənin suverenliyi, ərazi bütövlüyünün qorunması, dövlətin gücündən və ya zəifliyindən asılı olmayaraq istənilən dövlətin gündəlik məsələsidir. Odur ki, dünyada vəziyyət dəyişsə də, müharibə məsələsi gündəlikdən heç vaxt çıxmır. Hadisələr göstərir ki, bizim qonşularımız heç də istədiyimiz səviyyədə səmimi və xoşməramlı deyil. Ermənistandakı revanşistlər, yəni Sarkisyan, Koçaryan, Vanesyan və başqaları Ermənistanda cinayət törətmiş insanlardır. Ölkədəki etiraz aksiyalarına ona görə canfəşanlıq edirlər ki, mövcud hökuməti devirib yerinə başqa rusiyapərəst qüvvəni gətirsinlər. Birincisi, burada öz mənafeləri var - onlara qarşı qaldırılan cinayət işlərinin ləğv edilməsi. İkincisi isə Ermənistan dövləti, Ermənistan diasporu, ermənilik bütövlükdə başqa dövlətin - Azərbaycanın, Türkiyənin torpaqlarını ələ keçirmək, işğal etmək, saxta erməni soyqırımı ideologiyası əsasında quruluş mövcuddur.

Əgər Qarabağ məsələsi bu ermənilik ideologiyasından çıxarılsa, erməni ideologiyası məhv olar. Ona görə də ermənilərin bütövlükdə ideologiyalarının mövcudluğu bu məsələlərdən birinə dayanır. Azərbaycan tərəfinin 5 maddəlik əsas prinsipləri erməniləri saxta ermənilik ideologiyasından da xilas edir və gerçəkliyə qaytarır".

Müsahibim deyir ki, Ermənistanda müxalifətin ideyası yoxdur, yerində isə qonşu ölkələri işğal etmək kimi cəfəngiyyatlar var:

"Ermənistandakı müxalifət kimlərdən ibarətdir soruşsanız, onlar 1998-ci ildə Azərbaycan torpaqlarının dinc yolla, mərhələli şəkildə geri qaytarılmasını istəməyənlər, 1999-cu ilin oktyabrında parlamentin binasında dövlət terrorunu təşkil edənlər, 2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən 8 dinc nümayişçinin qətli, 130-dan çox aksiya iştirakçısının yaralanmasına bais olan Robert Koçaryan və başçılıq etdiyi “Ermənistan” bloku, Serj Sarqsyan və rəhbərlik etdiyi Respublikaçılar Partiyası, bir də xarici dövlətlə əlaqədər olmaqda şübhəli bilinən, 2002-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasında hazırlıq keçmiş Artur Vanesyan və yedəkdə olan “Daşnaksütyun” Partiyasıdır. Xarakter və siyasi-ideoloji baxımdan çoxdan ifşa olunmuş bu siyasətçilər və onların başçıları yeni fikir və ideya irəli sürmək potensialına malik deyillər. Onlar Ermənistanda tutuquşuluq siyasətini davam etdirirlər. Təəssüf ki, bu qüvvələr hələ də Ermənistanda elita sayılır. Halbuki bu dövlətin bəlalarının başlıca günahkarı həmin “elitadır”. Onlar mürtəce düşüncələri, geri qalmış siyasi təfəkkürlə Ermənistanı uçuruma aparırlar. Onlar dünyada və regionda baş verənlərdən hələ də dərs almayıblar. Belə bir məşhur deyim var: “İnadkarlıq kütlük əlamətidir”. Belə çıxır, müxalifət sayılan bu siyasi qüvvələr tutuquşuluq etmək, kütlük nümayiş etdirməklə həm də beşinci kolon olaraq tapşırıq yerinə yetirirlər.

Ermənistanda müxalifətin təşəbbüsü yoxdur, ideyasızlıq var və qonşu ölkənin ərazisini ələ keçirmək, işğal etmək kimi cəfəng xülyalarla cəmiyyəti öz ətraflarında birləşdirməyə çalışırlar. Bu da, fikrimcə, daha çox rusiyayönlü qüvvələrin oyunudur. Çünki hazırda Azərbaycan- Ermənistan, Türkiyə -Ermənistan danışıqları ilə normallaşma prosesi davam edir. İndiki şəraitdə bu məsələnin ortalığa çıxarılması, unudulmuş məsələrin gündəmə gətirilməsinə cəhd sadəcə prosesə mane olmaqdır. Bu da heç şübhəsiz Rusiyadakı təxribatçı, yaxud Rusiyadakı qüvvələrin işidir. Onlar Azərbaycan - Ermənistan məsələsində oyundankənar vəziyyətdə qalmaq istəmirlər. Çünki indiki şəraitdə Rusiyanın hazırda diqqəti Ukraynadakı hadisələr yönəlib. Ona görə də Rusiya tərəfi bu məsələdə passivdir. Vəziyyəti uzatmaq, iki ölkə arasında etimadın yaranmasına mane olmaq məqsədilə Sarkisyan, Koçaryan kartını yenidən meydana çıxarıblar".

Baş verən proseslərin III Qarabağ müharibəsinin yaranması ehtimalına toxunan Sədrəddin Soltan qeyd edib ki, sülhməramlı adı altındakı qüvvələr Qarabağda olduğu müddətdə hərbi döyüş təhülkəsi var:

"Üçüncü Qarabağ müharibəsinin başlamasına gəlincə, nə qədər ki, Qarabağda sülhməramlıları adı altında yerləşən rusiyalı hərbi qüvvələr var, onların müvəqqəti yerləşdiyi ərazidə qanunsuz erməni silahlı dəstələri var, mən ehtimal edirəm ki, Qarabağda hərbi döyüş təhlükəsi istisna deyil", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR