Nikol Paşinyanın istefa verdiyi barədə iddialar təkzib edildi

“Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa verməsi barədə xəbərlər yalandır”.

Metbuat.az xəbər verir ki, Baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan belə açıqlama verib. O bildirib ki, iddialar müxalifət tərəfindən ortaya atılıb. Çaxoyanın sözlərinə görə, vətəndaşlar seçimlərini cəmi 1 il əvvəl ediblər. “Müxalifət İrəvan küçələrində xalqı ruhlandırmaq üçün növbəti yalan xəbəri yayıb” - deyə Çaxoyan deyib.

Qeyd edək ki, keçmiş iqtidar komandasından formalaşan müxalifət Nikol Paşinyanın istefa tələbi ilə aksiya keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR