Ukrayna ordusu üstünlüyü ələ aldı -

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Aleksandrovka, Fedorovka, Ukrainka, Şestakovo, Pobeda yaşayış məntəqələri və Çerkasski Tişki kəndinin bir hissəsinə nəzarəti bərpa edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya hərbçiləri Novaya Dmitrovka qəsəbəsi istiqamətində də hücuma keçsə də, uğur qazana bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR