Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın "İgidliyə görə" ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.