“Asiya Oyunları – 2022” təxirə salındı

Sentyabr ayında Çinin Xançjou şəhərində keçirilməsi nəzərdə tutulan Yay Asiya Oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Oyunların təşkilat komitəsi məlumat yayıb.

Bildirilib ki, yarışların keçiriləcəyi yeni tarix barədə əlavə məlumat veriləcək. Təşkilat komitəsi bəyan edib ki, qərar ölkədə epidemik vəziyyət və təşkilatın miqyası nəzərə alınmaqla qəbul edilib.

Xatırladaq ki, Asiya Oyunları sentyabrın 10-dan 25-dək keçirilməli idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR