Makron and içdi

Bu gün Fransa Prezidenti Emmanuel Makronun inauqurasiya mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, mərasim Yelisey Sarayında baş tutub.

Protokola əsasən, mərasim prezident seçkilərinin ikinci turunun rəsmi nəticələrinin oxunması ilə başlayıb. Seçkilərin nəticələrini Konstitusiya Şurasının rəhbəri Loran Fabius elan edib.

Daha sonra Makron inauqurasiya nitqi ilə çıxış edib. O, Fransa xalqına göstərilən etimada görə təşəkkürünü bildirib, eyni zamanda növbəti 5 il üçün əsas hədəflərini açıqlayıb.

Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkilərinin ikinci turunda Makron 58,55% səslə rəqibi Marin Le Penə (41,45%) qalib gəlib. Makron son 20 ildə ikinci dəfə prezident seçilən ilk prezidentdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR