ZƏİF NÖQTƏ TAPILDI: Ruslar dövlət sərhədinə qədər sıxışdırıla bilər

"Ukraynanın Xarkovdan şimal-şərqdəki əks-hücum əməliyyatı əhəmiyyətli irəliləyiş əldə edib və çox güman ki, yaxın günlərdə və ya həftələrdə Rusiya sərhədinə doğru hərəkət edəcək".

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, bunu NV-yə müsahibəsində hərbi ekspert Oleq Jdanov deyib.

"Mən istənilən əks hücumu, ərazilərimizin azad edilməsini müsbət qiymətləndirirəm. qoşunların sayı baxımından istiqamət ən zəifdir", - ekspert qeyd edib.

Jdanov həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri dövlət sərhədinə çata bilər:

"Mövcud qüvvə və vasitələrlə dövlət sərhədinə çatmaq üçün orada bizim bütün üstünlüklərimiz var. Sonra cənuba və sərhəd boyu istiqamətimiz olacaq. Bu, bizə genişmiqyaslı əks-hücum əməliyyatına başladığımız zaman faydalı olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR