Bakıda qadın jurnalistə hücum edildi -

Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binada hücum edilib.

Metbuat.az xəbər verir ki, bu haqda məlumatı jurnalist Aynur Elgünəş yayıb.

Jurnalist bildirib: "Mənzilin blokunda bir nəfər Aytən Məmmədovanın boğazına bıçaq dirəyərək tələb edib ki, bir daha hansısa məhkəmə işi barədə yazmasın".

Məlumata görə, Aytən Məmmədova ən çox Tovuzdakı azyaşlı Nərmin Quliyevanın ölümü ilə bağlı gedən məhkəmə işi barədə yazılar yazıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı onlara məlumat daxil olub və araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR