Rusiya hərbçilərini geri çağırdı:

Rusiya Suriyadakı qoşunlarını Ukraynaya göndərməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, Suriyadakı rus hərbçilərin və hərbi texnikaların Ukraynaya göndərilməsi üçün hazırlıq işləri başa çatıb. Qüvvələr Suriyada 3 aerodroma cəmləşdirilib.

İddialara görə, Rusiya Suriyadakı bəzi bazaları İran ordusuna təhvil verib. Bununla belə, Rusiya Suriyada bir neçə min rus hərbçi saxlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR