"Layiqli qələbə qazandıq" -

"Oyunun əhəmiyətini dərk edirdik. Bilirdik ki, çətin görüş olacaq. "Neftçi"yə qarşı oynamaq hər zaman çətindir. Komanda tapşırıqları maksimum yerinə yetirdi və layiqli qələbə qazandı".

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçından sonra deyib.

O bildirib ki, qol epizodlarını yaratmaq böyük iş tələb edir: "Komandam daha yaxşısını etməyə qadirdir. Bütün düşüncələrimiz "Şamaxı"ya qarşı görüşlə bağlıdır. Yaxşı nəticə qazanmağa çalışacağıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR