Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVI turda baş tutub.

5 qolun vurulduğu turda məhsuldarlıq 1,25-ə bərabər olub. “Səbail” – “Sabah” (0:2) və “Sumqayıt” – “Şamaxı” (2:0) görüşlərinin hərəsində iki, “Qəbələ” – “Neftçi” (1:0) qarşılaşmasında bir qol vurulub. “Qarabağ” – “Zirə” matçında isə hesab açılmayıb.

Bunadək mövsümün antirekordu XVII turda qeydə alınmışdı. Həmin vaxt 4 matçda cəmi 6 qol vurulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR