Dünya üçün tarixi an: Bayden Ukraynaya dəstək üçün

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Sözügedən qanun Ukraynaya hərbi texnikanı göndərilməsi və müdafiə dəstəyinin verilməsi prosesini asanlaşdırmağa hədəflənib.

Layihə Cozef Baydenin Ukraynaya müdafiə aktivlərini icarəyə vermək və ya ötürmək, eləcə də digər məqsədlər üçün səlahiyyətlərini genişləndirəcək. Həmçinin aktın qəbulundan sonra Bayden 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır.

Xatırladaq ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.

Resim



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR