Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan minatəmizləmə əməliyyatları zamanı mayın 2-dən 7-dək aşkarlanan minaların sayı açıqlanıb.

Metbuat.az-a agentlikdən verilən məlumata görə, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ümumilikdə 344 hektar ərazi təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR