Narkomanların ən çox olduğu şəhər və rayonların siyahısı

Azərbaycanda qeydiyyata alınmış narkotik istifadəçisi sayına görə 9813 nəfərlə Bakı şəhəri siyahının başında yer alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının illik hesabatında bildirilib.

Lənkəran şəhərində 3764, Sumqayıt şəhərində 2897, Salyan rayonunda 1295, Şirvan şəhərində 1038 şəxs qeydiyyata alınıb.

Gəncə şəhərində 985, Cəlilabadda 775, Abşeronda 766, Sabirabadda 677 nəfər qeydiyyatdadır. Digər şəhər və rayonlarda isə ümumi qeydiyyata alınan narkotik aludəçilərinin sayı 12592 nəfərdir.

Qeyd edək ki, ölkə üzrə qeydiyyata alınanların sayı 34602 nəfərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR