İranə Talışxanova 9 il müddətinə

Dələduzluqda təqsirləndirilən iş qadını İranə Talışxanova həbs edilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uzun müddətdir Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində araşdırılan iş bu gün yekunlaşıb. Məhkəmənin hökmü ilə İ.Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, biznes ledi "Run Group” şirkətinin rəhbəri olub. O, qeyri-rəsmi münasibətdə olduğu Rəşad Cəfərovla birlikdə özlərini milyonlarla dəyəri olan layihələrin icraçısı kimi təqdim edib. Tikinti şirkətlərinin rəhbərlərindən həmin layihələrin icrasının onlara verilməsi qarşılığında külli miqdarda pul alıblar. Talışxanova və sevgilisinin iş adamlarına təklif etdiyi layihələrin dəyəri 150-200 milyon civarında da olub. Talışxanova 11 nəfəri iş qurmaq adı ilə aldadaraq pullarını mənimsəyib.

Bildirək ki, Rəşad Cəfərov da həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR