Ən çox narkotik aludəçiliyi olan yaş qrupu

Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçiləri arasında 25 yaşdan 39 yaşadək olan qruplarda narkotik istifadəçilərinin sayı 5000-i ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının illik hesabatında bildirilib.

Belə ki, 5915 qeydiyyata alınmış şəxslə 35-39 yaş qrupunda ən çox narkotik aludəçiliyinə rast gəlinib. Həmin qrupdan 4676-i dispanser qeydiyyatındadır.

30-34 yaş qrupunda 5897, 25-29 yaş aralığında isə 5508 nəfər qeydiyyata götürülüb.

14-17 yaş qrupunda 14 nəfər, 18-24 yaş yaş qrupunda 2313, 40-44 yaş qrupunda 4660, 45-49 yaş qrupunda 4160, 50-54 yaş qrupunda 3010, 55-59 yaş qrupunda 1786, 60-64 yaş qrupunda 1047 nəfər qeydiyyata alınıb. Yaşı 65 və yuxarı olanlarda isə 292 nəfər qeydiyyata alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR