Dünya bazarında neft bahalaşıb. Metbuat.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin iyul müqaviləsinin dəyəri 2,35% artaraq 1 barelə görə 104,87 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,36% artaraq 102,11dollar təşkil edib.