Bakıda mağazada yanğın olub

Bakıda mağazada yanğın olub.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Xəbər verilib ki, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 120 m² olan mağazada elektrik lövhəsi, 10 p.m kabel və 6 m² sahədə rəflər yanıb. Yüksək temperaturdan 2 ədəd kondisioner əriyib və bitişik təndirxananın alçipandan ibarət arakəsmə divarı dağılıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR