Ukraynada gözlənilməz hadisələr baş verəcək: Putin nüvə silahını... - Kəşfiyyat

“Ukraynada müharibə daha gərgin xarakter alacaq”.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının hazırladığı hesabatda deyilir. Məlumata görə, Ukraynadakı müharibədə gözlənilməz hallar yaşanacaq. Kəşfiyyatın hesabatında bildirilir ki, Prezident Vladimir Putinin həmlələrini əvvəlcədən proqnozlaşdırmaq çətindir.

Bildirilir ki, Putinin məqsədləri ilə ordunun hazırki imkanları arasında fərqlər var. “Ukrayna müharibəsi ilə bağlı hazırkı vəziyyət Putinin daha sərt həmlələr edə biləcəyi ehtimallarını artırır. Putin Rusiyanın suverenliyi ilə bağlı təhlükə hiss etməsə nüvə silahına əl atmayacaq” - hesabatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR