Stend atıcılığı üzrə Azərbaycan Kuboku keçiriləcək

Mayın 12-də stend atıcılığı üzrə Azərbaycan Kubokuna start veriləcək.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakı Atıcılıq Mərkəzində 3 gün davam edəcək turnir stend atıcılığının səngər və dairəvi növlərində - kişilər, qadınlar və qarışıq komanda kateqoriyalarında keçiriləcək.

Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından ümumilikdə 50 idmançı iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR