Keçən il 1 600 nəfərə I dərəcə əlillik verilib

Keçən il dövlət tibb müəssisələrinin rəsmiləşdirdiyi göndərişlər əsasında 18,5 min nəfərə ilkin əlillik təyinatı aparılıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

Metbuat.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Qeyd olunub ki, onlardan I dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 1,6 min nəfər, II dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 7,1 min nəfər, III dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı isə 5,3 min nəfər olub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq I dərəcə üzrə 15 faiz azdır, II dərəcə üzrə 22 faiz çoxdur, III dərəcə üzrə isə 43 faiz çoxdur.

Eyni zamanda, onlardan 4,5 min nəfəri ilkin sağlamlıq imkanları məhdud uşaqlardır ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. Hesabat dövründə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 43,4 min nəfər üzrə təkrar əlillik təyinatı aparılıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR