Millimiz qələbə qazandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını başa vuran Küveyt seçməsi ilə növbəti yoldaşlıq oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan qarşılaşma Azərbaycan komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev fərqlənib.

Qeyd edək ki, yığma bu rəqiblə keçirdiyi dörd oyunun 3-də qələbə qazanıb, bir oyunda isə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR