Sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görülür

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sürüşmə zonalarından keçən avtomobil yollarında bir-sıra problemlərə səbəb olur. Bunun qarşısını almaq məsədilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qabaqlayıcı tədbirlər görülür.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, Quba-Xınalıq yolunda intensiv yağıntılar nəticəsində yola yaxın ərazilərdə aktivləşən sürüşmə nöqtələri müəyyən edilir. Baş verə biləcək sürüşmə nəticəsində torpaq və qaya qruntunun yolun hərəkət hissəsinə tökülərək hərəkətə maneə yaratmasının qarşını almaq üçün öncədən həmin qrunt təhlükəsiz şəraitdə əraziyə dağıdılır. Bununla sürüşmənin fəsadlarına qarşı önləyici tədbirlər aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR