Dünya kuboku səyahətə çıxıb

Futbol üzrə dünya çempionuna verilən kubokun turu başlayıb.

Metbuat.az xəbər verir ki, tədbirdə ikiqat dünya çempionu Kafu və minlərlə azarkeş iştirak edib.

Qətərdə keçiriləcək DÇ-2022-nin qalibini təqdim olunacaq mükafat 54 müxtəlif ölkəni gəzəcək. Bu ölkələr arasında final mərhələsinin 32 iştirakçısının hamısı olacaq. Kubok 6 aylıq səyahətdən sonra Qətərə çatacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 22-dən dekabrın 18-dək davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR