Prodüser Təranə Səmədova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində məlumat verib. O bildirib ki, prodüser polisə müqavimət göstərdiyi üçün saxlanılıb. Prodüser 400 manat cərimə ödədikdən sonra sərbəst buraxılıb.
Xatırladaq ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.