Bayraktar "Putinin qayığı"nı vurub - Rusiyaya ağır zərbə /

Bir neçə gün əvvəl Ukrayna ordusunun Bayraktar TB2 PUA-sı ilə Qara dənizdəki İlan adası sahillərində vurduğu hərbi qayıqlarla bağlı maraqlı detallar üzə çıxıb.

Metbuat.az xəbər verir ki, PUA-nın vurduğu ağ rəngli qayıq Prezident Vladimir Putinin tədbirlərdə istifadə etdiyi qayıq olub. Bu barədə Ukraynanın nüfuzlu “Ukraine Now Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Putin bu qayıq vasitəsilə Sankt-Peterburq və Sivastopol donanmalarına baxış keçirirmiş. Putinin hərbi paradlarda bu ağ rəngli qayıqda çıxışlar edib. Bildirilir ki, Rusiyanın Qara dəniz donanmasında 8 Raptor tipli qayığ olub. Onlardan 5-i Ukrayna ordusu tərəfindən məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR