Yol hərəkəti qaydalarını pozan sürücüdə heroin aşkarlanıb

Binəqədi Rayon Polis İdarəsi dövlət yol polisi şöbəsinin əməkdaşları tərəfindən M. Ə. Rəsulzadə qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını pozan “Hyundai” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış zamanı sürücü, Bakı şəhər sakini Vüsal Kazımovdan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR