Azərbaycanda bankların dollara tələbatı yenidən artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Metbuat.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 45,5 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 12% artıb.

Ötən valyuta hərracında bankların tələbi 40,6 mln. ABŞ dolları təşkil etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR