Əsir düşən rus hərbçidən dəhşətli etiraflar:

Ukrayna ordusu tərəfindən əsir götürülən rus hərbçi dəhşətli etiraflar edib.

Metbuat.az xəbər verir ki, Andrey Uşakov adlı rus əsgər rusların döyüşməmək üçün özlərini yaraladıqlarını etiraf edib. Bəziləri isə intihar ediblər. Rus hərbçinin dəhşətli etirafları Böyük Britaniyanın metro qəzetində yayımlanıb. 20 yaşlı rus hərbçi deyib ki, ön cəbhədə özünü yaralayan və intihar edən iki əsgəri tanıyıb.

Rus hərbçinin sözlərinə görə, əsgərlər ölkələrinə qayıdıb müalicə olunmaq üçün özlərini yaralayırlar. Hərbçi geri qayıtmaq üçün tək seçimin bu olduğunu ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR