"Sanksiyalar dünyada böhrana yol açır" - Putin

“Qərbin Rusiyaya qarşı sanksiyaları onların özlərinin də beynəlxalq maraqlarına zərər verir”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, sanksiyalar dünya miqyasında böhrana səbəb olur. Putinin sözlərinə görə, Avropada inflyasiya sürətlə artır.

“Bəzi ölkələrdə 20 faiz olub. Sanksiya israrının davam etməsi Avropa Birliyi və onların vətəndaşları ilə yanaşı hazırda böhran içində olan yoxsul ölkələrə də təsir edəcək” - Putin deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR