"Beşinci kalona xidmət edən bəzi boşboğazlar..." - Orxan Fikrətoğlu SƏRT DANIŞDI

"Mən həm Dövlət Turizm agentliyinə, həm Tahir Əmiraslanova milli irs zəminində yardım etmək fikrindəyəm. Tarixi, diplomatik və siyasi sahədə əlbəttə ki, buna ehtiyac var"

Metbutat.az xəbər verir ki, bu fikirləri Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə yeni təyin olunan tanınmış aparıcı Orxan Fikrətoğlu feysbuk səhifəsində yazıb.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:

"Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Həyatına hirsli olanların, borcu zadı olanların, ömürləri boyu gündəmdən kənarda qalanların mənim bu müvəqqəti seçimimlə bağlı ağız dolusu danışması əslində gözlənilən idi.

Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın dijital formatda yeni TV varinatda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində, deyəsən, bozbaşxana kimi şəkillənib. Mən Dövlət turizm agentliyinə bu stereotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm. Tahir Əmiraslanov hələ də milli kulinariya mərkəzi assosasiyasının rəhbəridir. Mən də hər gün İTV də verlişimi aparıram.

Beşinci kalona xidmət edən, Azərbaycanın inkişafında maraqlı olmayan bəzi boşboğazlara isə FB-də, dövlətini və məni sevənlər cavab verir. Sakit olun. Mən yemək bişirməyəcəm. Heç xəstəliyim səbəbindən yeyə də bilməyəcəm. Əlbəttə ki, kulunariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu. Bacarırsızsa, bu sahədə bizə kömək edin. Bacarmırsızsa, kasada qurd axtarmayın. İcazə verin bütün sahələri salavatlayaq", - deyə oq eyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR