Türkiyə razılıq verdi: Ukrayna sənədə imza atır -

“Ukrayna “Azovstal” zavodundakı hərbçilərin təxliyə edilməsi üçün sənəd imzalanmasını tələb edir”.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşuk açıqlama verib. O bildirib ki, təxliyə planının dəqiq necə həyata keçiriləcəyi sənəddə əksini tapmalıdır. Hökumət rəsmisinin sözlərinə görə, Ukrayna təxliyə ilə bağlı danışıqlar aparmaq mandatını Beynəlxalq Qızıl Xaç Komitəsinə və BMT nümayəndələrinə verib.

Türkiyə də tərəflər arasında vasitəçilik etməyə razılıq verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR