Bəşəriyyət tarixində ilk: Ay torpağında bitki yetişdirilib -

Alimlər Aydan gətirilmiş torpaqda bitki yetişdiriblər.

Metbuat.az xəbər verir ki, bu tədqiqatı Florida Universitetinin alimləri aparıblar.

2022-ci il mayın 12-də "Communications Biology" jurnalında dərc olunan bu tədqiqat məqaləsində bitkilərin Ay torpağında uğurla cücərə və böyüyə bildiyi məlumat verilib. Bu araşdırma, həmçinin Yerdəki torpaqlardan kəskin şəkildə fərqlənən Ay torpağına bitkilərin bioloji reaksiyasını tədqiq edib.

Qeyd edək ki, bu tədqiqat gələcəkdə Ayda və ya kosmik missiyalar zamanı qida və oksigen üçün bitkilərin yetişdirilməsi istiqamətində ilk addımdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR