x
Loading...

Türkiyə Rusiyanın istəyini açıqladı: Biz yaxşı bilirik ki...

Türkiyə Prezidentinin sözçüsü İbrahım Kalın Ukraynadakı vəziyyət və Türkiyənin münaqişədəki vasitəçiliyi barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Türkiyənin səylərinə baxmayaraq, Ukraynada gərginlik səngimir. Türkiyə sabitliyin bərpa olunması üçün diplomatik səylərini davam etdirir. O deyib:

“Biz yaxşı başa düşürük ki, Rusiya sadəcə Ukrayna ilə deyil, əsasən Qərblə masaya oturmaq və yeni böyük bir anlaşma istəyir. Türkiyənin səylərinə baxmayaraq gərginlik artır. Hər iki tərəfin səhvləri, yeni güc nizamı qurmaq axtarışları və maraqları təmin etmək cəhdləri humanitar fəlakətlərə səbəb ola bilir. Müharibə yolu ilə yeni nizam qurmaq düşüncəsi taktiki və strateji cəhətdən səhvdir. Təsiri bütün tərəflər üçün ağır olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR