Müharibələr iqlimə mənfi təsir göstərir -

“Müharibələr atmosferə mənfi təsir göstərir”.

Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hümbətov “Ekspert saatı”nda deyib.

“Hərbi əməliyyatlarda istifadə olunan silah və texnika iqlim dəyişmələrinə mənfi təsir göstərir. Amma gələcəkdə bu cür iqlim dəyişmələrinin artması yeni münaqişələrə gətirib çıxara bilər. Müharibələrdə istifadə olunan texnikanın ekoloji duruma təsirinin hesablanması üçün kifayət qədər məlumat olmalıdır. Bu əməliyyatlar zamanı meşə örtüyü də məhv edilir”, - deyə qurum rəsmisi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR