x
Loading...

Apreldə gündəlik neft hasilatı açıqlanıb

Bu ilin aprel ayında Azərbaycanda gündəlik neft hasilatı 693,1 min barrel olub.

Metbuat.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. Verilən məlumata görə, bu hasilatın 579,1 min barrelini xam neft, 114 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel həcmində olması nəzərdə tutulurdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR