Bakıdakı mitinqlə bağlı DİN-dən

Bu gün günorta saatlarında Bakıda bir qrup şəxs aksiya keçirib.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a bildirilib ki, aksiya zamanı hər hansı insident yaşanmayıb:

“Bu gün bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib. Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb”.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə bir sıra ictimai fəallar mayın 14-də Bakıda etiraz aksiyası keçiriləcəyinə dair məlumatlar paylaşırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR